“Turan Tovuz” – “Qarabağ” oyunu təxirə salındı
12.08.2022 , 18:46

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilməli olan “Turan Tovuz” – “Qarabağ” matçı təxirə salınıb.
Korner.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb. “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL sözügedən qarşılaşmanın təxirə salınması qərarını qəbul edib.
Oyunun nə vaxt keçirələcəyi barədə daha sonra əlavə məlumat veriləcəyi bildirilib.
