“Turan Tovuz” – “Qarabağ” oyunu 2 manata
08.11.2022 , 12:32

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” oyunu noyabrın 9-da keçiriləcək.
Korner.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutacaq və saat 14:30-da başlayacaq qarşılaşmanın biletləri satışa çıxarılıb.
Tovuz klubundan verilən məlumata görə, biletin qiyməti 2 AZN təşkil edir. Biletləri stadionun kassalarından əldə etmək olar.
