Tovuzda heç-heçə, “Qarabağ” qalib gəldi
11.03.2023 , 19:55

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk görüşü Tovuzda olub. Ayxan Abbasovun rəhbərlik etdiyi yerli komanda burada “Qəbələ” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Günün son oyununda lider “Qarabağ” autsayder “Səbail”i sınağa çəkib. Ağdam təmsilçisi bu görüşdə 3:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XXVI tur
11 mart
Turan Tovuz – Qəbələ – 1:1
Tovuz şəhər stadionu, 15:00
Əvvəlki oyunlar – 0:2, 0:0
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qarabağ – Səbail – 3:0
“Azersun Arena”, 18:00
Əvvəlki oyunlar – 3:0, 3:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
