“Turan Tovuz” Macarıstan klubuna məğlub oldu
15.01.2024 , 14:53
“Turan Tovuz” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, bölgə təmsilçisi bu dəfə Macarıstan “Şiofok”u ilə üz-üzə gəlib.
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Turan Tovuz” bu gün daha bir yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun komandası Özbəkistan “Nasaf”ı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
