“Turan Tovuz” legioneri ilə müqaviləni uzatdı
29.03.2023 , 15:37

“Turan Tovuz” futbolçusu Denis Marandiçi ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Moldovalı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 9 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
