“Qarabağ”dan heç-heçə, “Turan Tovuz”dan qələbə
11.02.2023 , 18:58

Azərbaycan Premyer Liqasında XXII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu gün daha iki matç baş tutacaq.
“Turan Tovuz” evdə “Kəpəz”i qəbul edəcək. Qərb derbisinə saat 14:00-da start veriləcək.
Günün və turun mərkəzi matçı Suraxanıda oynanılacaq. Lider “Qarabağ” burada ən yaxın izləyicisi “Sabah”ın müqavimətini qırmağa çalışacaq. Oyun saat 17:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXII tur
11 fevral (şənbə)
“Turan Tovuz” – “Kəpəz” – 2:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 14:00
“Qarabağ” – “Sabah” – 1:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”, 17:00
