“Turan Tovuz” ilk görüşdə məğlub oldu
10.01.2024 , 18:57

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünü keçirib.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Voluntari” komandası ilə qarşılaşıb.
Matç Rumıniya təmsilçisinin qələbəsi ilə başa çatıb.
Görüş dünən keçirilməli idi, lakin hava şəraitinin yağışlı olması səbəbindən matç bu günə təxirə salınıb.
Yoxlama oyunu
10 yanvar
Turan Tovuz – Voluntari (Rumıniya) 0:2
