“Turan Tovuz” “Eyüpspor”a qalib gəldi
22.07.2023 , 19:50

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun komandası Türkiyə I liqa təmsilçisi “Eyüpspor”la qarşılaşıb.
Oyun Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yoxlama oyunu
18:00 “Turan Tovuz” – “Eyüpspor” 2:1
Qol: F.Nəbiyev, X.Nəcəfov
Bolu, Gerde Esentepe stadionu
