“Turan Tovuz” daha bir oyunçu ilə müqavilə yenilədi
06.06.2024 , 22:41

“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sadiq Quliyevlə yeni müqavilə imzalanıb.
Son iki mövsümü komandanın heyətində keçirən müdafiəçi ilə yeni müqavilənin müddəti 2024/2025-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.
