Azərbaycan birinci divizionunda 24-cü tura yekun vurulub
Son oyun günündə iki görüş keçirilib.
“Xəzər” öz meydanında “Binə”ni, “Sabah” isə səfərdə “Turan Tovuz”u 3 cavabsız qolla məğlub edib.
20 aprel
“Xəzər” – “Binə” – 3:0
Qollar: Tural Qürbətov, 10; 76 (p.); Fuad Məmmədzadə, 50
“Turan Tovuz” – “Sabah” – 0:3
Qollar:Raul Yaqubzadə, 59; Emin Mehtiyev, 64; Şirməmməd Məmmədov, 74
Qeyd edək ki, “Qaradağ Lökbatan” 46 xalla liderdir. “Xəzər” 44 xalla 2-ci, “Şüvəlan” isə 41 xalla 3-cü pillədə qərarlaşıb.
