“Turan Tovuz” azarkeşlərinə görə cərimələndi
14.03.2023 , 15:59

Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39);
“Kəpəz” – “Zirə” görüşündən əvvəl oyun günü planının pozulmasına görə “Kəpəz” klubu 800 manat cərimə edilsin (maddə 84);
“Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin (maddə 51.1).
