“Turan Tovuz” Ayxan Abbasovu göndərdi – Rəsmi
28.05.2024 , 21:40

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Qeyd edək ki, 42 yaşlı mütəxəssis 2022-ci ildən “Turan Tovuz”a baş məşqçilik edirdi. Onun komandası bu mövsüm Premyer Liqanı 48 xalla 6-cı pillədə başa vurub.
