“Turan Tovuz” Ayxan Abbasovla müqavilə bağladı
16.06.2022 , 21:18

“Turan Tovuz” yeni baş məşqçisi Ayxan Abbasovla müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, mərasim Tovuz şəhər stadionunda keçirilib. 41 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Tədbirə “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abduallayev və klubun icraçı direktoru Nadir Nəbiyev də qatılıb.
Xatırladaq ki, “Turan Tovuz” yeni mövsümdən Premyer Liqada iştirak edəcək.
