Mətbuatda "Turan-T" klubunda maliyyə problemlərinin olduğu və futbolçuların maaşlarının ödənmədiyi barəsində xəbərlər yayılıb.
Korner.az-ın məlumatına görə, futbolçular pulları ödənməyəcəyi təqdirdə, hətta növbəti turda meydana çıxmayacaqları barədə açıqlama verdikləri də deyilib.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevdən məlumat aldıq. O fikirlərini belə ifadə etdi: "Düzdür maaşlarda gecikmə var, lakin məsələnin öz həllini tapacağını gözləyirik. O ki, qaldı futbolçuların meydana çıxmayacaqlarına bu barədə heç nə deyə bilmərəm calışacağıq ki, məsələni növbəti oyuna qədər həll edək".