Azərbaycan çempionatında Tovuzu təmsil edən klub növbəti dəfə dəyişib.
Korner.az-ın məlumatına görə, Azərbaycan çempionatının I divizionunda artıq “Turan-T” olmayacaq.
Belə ki, 1992-2013-cü illərdə fəaliyyət göstərən “Turan”ın bazasında yaranan, lakin özünü yeni klub kimi təqdim edən “Turan-T” indi də “Turan-Tovuz” adını daşıyacaq.
Bununla bağlı müvafiq sənədlər artıq Peşəkar Futbol Liqasına təqdim olunub.
pfl.az
