Tovuzun “Turan” klubu fəaliyyətini dayandırıb.
Korner.az-ın məlumatına görə, rəhbərlik bu addımı klubun borclarını silmək və FİFA tərəfindən təyin olunan cəzadan qurtulmaq üçün atıb. Əvəzində Tovuzda “Turan-T” Peşəkar İdman Klubu yaradılıb. Yeni klub I divizionda mübarizəyə başlayacaq, həmçinin nəznində digər idman növləri də fəaliyyət göstərəcək.
