Topaz Premyer Liqasının 22-ci turunun “Turan” – “Neftçi” oyununun keçirilmə yeri və vaxtı dəyişdirilib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, martın 3-də baş tutacaq bu görüş saat 15.00-da İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda start götürəcək.
Xatırladaq ki, öncə “Turan”ın “Neftçi” martın 3-də “Dalğa Arena”da qəbul edəcəyi və matçın saat 18:00-da başlanacağı elan olunmuşdu.