Futbol üzrə Makedoniya çempionatında 14-cü turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Pandevin Akademiyası” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
