“Kəpəz”in futbolçusu Tural Cəlilov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
32 yaşlı yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının 20-ci turuna təsadüf edib. “Sumqayıt”la səfər qarşılaşması (1:2) Tural üçün 200-cü olub.
Premyer Liqada 2007/08 mövsümündə Sumqayıtın “Gənclərbirliyi” klubunun heyətində debüt edən Cəlilov, indiyədək 5 qol vurub.
O, ölkə çempionatında 6 klubun formasında 200-ə çatıb.
