Tural Bayramlı oynadı, “Dauqavpils” məğlub oldu
18.03.2019 , 11:19

Latviya çempionatında 2-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” səfərdə “Valmiera”ya 0:2 hesabı ilə uduzub.
Tural Bayramlı oyuna start heyətdə çıxıb və sonadək oynayıb.
Elvin matçı ehtiyat oyunçular skamyasından izləyib. İlk turda qırmızı vərəqə alan Vüqar cəza səbəbindən görüşün iştirakçısı olmayıb.
“Dauqavpils” 3 xalla 6-cı pillədə qərarlaşıb.
