Tural Axundov “Kəpəz”də
20.06.2022 , 17:16

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçi Tural Axundovla bir illik müqavilə imzalayıb.
Axundov 2015-2017-ci illərdə də “sarı-göylər”də çıxış edib. İki mövsüm komandanı kapitan kimi meydana çıxarıb. O, son olaraq “Şamaxı”da oynayıb.
