Turabovlu “Biliş”dən qələbə
08.12.2019 , 13:00
Albaniya çempionatında 14-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” doğma meydanda “Partizani”yə qalib gəlib – 2:1.
Eltun bu görüşün iştirakçısı olmayıb.
“Biliş” 12 turdan sonra 23 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.