Tunis millisi 2017-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunda iştirak etməyəcək.
Korner.az-ın məlumatına görə, Tunis Futbol Federasiyası Afrika Futbol Konfederasiyasını (AFK) tənqid edib. Bunun üçün də milli 2017-ci ildə baş tutacaq qitə birinciliyindən kənarlaşdırlıb.
Tunis yığmasının nümayəndələri Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Ekvator Qvineyası ilə görüşdən sonra hakimlərin verdiyi qərardan narazı qaldıqları üçün AFK-nı ittiham ediblər.
Matçdan sonra referi 6 aylıq cəzalandırılıb. Afrika Futbol Konfederasiyası Tunis Futbol Federasiyasını qeyri-əxlaqi bəyanatlarla çıxış etdikləri üçün üzr istəmələrini tələb edib. Bununla razılaşmayan tunislilər isə növbəti qitə birinciliyindən məhrum edilib.
