Tunis millisində yeni baş məşqçi
14.01.2026 , 22:45
Tunis milli komandasının yeni baş məşqçisi rəsmən açıqlanıb.
Korner.az xəbər verir ki, millini bundan sonra Sabri Lamuşi çalışdıracaq.
Fansalı mütəxəssis bu vəzifədə Sami Trabelsini əvəzləyib. O, yığmanı 2026-cı il Dünya Çempionatına hazırlayacaq.
Tunis komandası mundialda Yaponiya, Niderland və UEFA pley-off mərhələsinin qalibi (Ukrayna, İsveç, Polşa və ya Albaniya) ilə eyni qrupda mübarizə aparacaq.