"Fənərbağça"nın sabiq futbolçusu Tuncay Şanlı yenidən "sarı bülbüllər"in formasını geyinmək istəyir. Korner.az-ın məlumatına görə, 2007-ci ildən Avropaya üz tutan futbolçu bu müddət ərzində ondan istəniləni verə bilmədi. Əvvəlcə, iki il "Midlsbor" və "Stok Siti"də oynayan Tuncay İngiltərədə uğur qazana bilməyincə Almaniya Bundesliqasında "Volfsburq"a transfer olundu.
Burada da, möhkəmlənə bilməyən 30 yaşlı futbolçu Premyer Liqa klublarından "Bolton"a üz tutdu. Lakin hücumçu 6 ay ərzində bu klubda əsas heyətə düşə bilmədi.
DHA xəbər agentliyinin veridiy məlumata görə, Tuncay Şanlı "Fənər"ə geri dönməyi planlaşdırır. Superliqa ikincisi Tuncayla 2+1 illik müqavilə bağlamaq istəyir.
