Türkiyədə təşkil olunan U-20-lər arasında dünya çempionatının ardından “Qalatasaray”a məxsus “TT Arena”nın ot örtüyünün bərbad hala düşdüyü bəlli olub.
Korner.az-ın məlumatına görə, Superliqanın son mövsümünün bitməsinin ardınca bu arenada 16 gün ərzində 12 oyun və 5 məşq keçirilib.
Ötən il “Kluj” və “Şalke”ylə ÇL oyununlarında qazonun pis olması səbəbindən sıxıntı yaşayan “Cim-Bom” yenidən eyni problemi yaşamamaq üçün ot örtüyünün bərpasına başlayıb.
Artıq klubun stadionunun texniki işlərindən məsul olan şirkət Azərbaycan, Özbəkistan və İrlandiyadan mütəxəssislər dəvət edib. Stadionda keçirilməsi planlaşdırılan konsertlər ləğv olunub. Üstəlik, Superliqanın yeni mövsümünün açılış oyununadək meydançaya ayaq basmaq qadağan edilib.
