"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Gürcütsan mətbuatına maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, o, "İnter"də mövsümün əvvəlində yaşadığı çətinliklərdən danışıb:
"Cari mövsümün əvvəlində komandamın üzvlərini, ən çox da Aleksandr İaşvili və Laşa Salakvadzeni. Çünki yaşları çoxdu. Onlara artıq təqaüdçü kimi baxırdılar. Amma hər ikisi yüksək səviyyəli futbolçu olduğunu sübut etdi. Fikrimcə, İaşvili Azərbaycana gəlmiş ən səviyyəli legionerdi. Çempionatın əvvəlində 6 oyundan 5-də xal itirmişdik. Mən özümə inamı itirmişdim. Bu isə baş məşqçi üçün ən pis haldı. İki dəfə istefa ərizəsi yazsam da, sponsorlar qəbul etmədi".
