“İnter”in baş məşqçisi Kaxaber Tsxadadzenin Ukraynaya yollanması barədə xəbər vermişdik. Gürcü mütəxəssis bu gündən etibarən Ukrayna Futbol Federasiyasının təşkil etdiyi “Pro” məşqçi kurslarında iştirak edəcək. Tsxaddaze dekabrın 5-də ölkəyə qayıdacaq.
Korner.az-ın məlumatına görə, Tsxadadzenin yoxluğunda “İnter”ə kimin rəhbərlik edəcəyi bəlli olub. Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 4-də “Şuşa” ilə oyuna komandanı köməkçi-məşqçi Zaur Svanadze çıxaracaq.
Qeyd edək ki, Tsxadadze ilə birlikdə “Simurq”un baş məşqçisi Georgi Çixradze də gedib. Bu səbəbdən “Simurq”a “Araz”la kubok oyununa İqor Getman başçılıq edəcək.
