“Biz indiyədək isti havada çox yerdə – Sloveniyada “Olimpiya”yla, İspaniyada “Atletiko Bilbao”yla, Macarıstanda “Pakş”la oynamışıq. Buna görə də hava şəraiti bizi qorxutmur, necə hazırlaşmalı olduğumuzu bilirik”.
Korner.az-ın Norveç mətbuatına istinadən məlumatına görə, bu sözləri Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”ini öz meydanında 0:2 hesabıyla məğlub edən Norveçin “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen deyib.
Norveçli çalışdırıcı isti havaya adaptasiya üçün tibbi personalın xüsusi iş apardığını bildirib: “Biz “İnter”ə hörmətlə yanaşırıq. Ancaq cavab oyunu üçün də tədbirimizi görəcəyik”.
