UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Tromse” – “İnter” matçının biletləri satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, “bankirlər”in Norveç təmsilçisi ilə səfər görüşünü izləmək istəyən fanatlar 50-150 kron (təxminən 1 manata yaxın) biletə verməli olacaqlar.
Qarşılaşma üçün artıq 10 min bilet satışa çıxarılıb.
Qeyd edək ki, “Tromse” – “İnter” matçı iyulun 18-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
