Premyer Liqanın ilk turunun son matçı olan “İnter” – “Qarabağ” qarşılaşmasının ikinci hissəsində maraqlı olay yaşanıb.
Korner.az–ın məlumatına görə, Ağdam klubunun braziliyalı futbolçusu Riçard Almeyda rəqib futbolçu ilə top uğrunda mübarizə zamanı yerdə qalıb. Oyunun baş hakimi Rəhim Həsənov həkimləri meydana gec buraxıb və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hakimin bu qərarına əsəbiləşib. Bundan sonra Hakim Qurbanovu tribunaya göndərib.
Oyunun son dəqiqələrini tribunadan izləyən Qurbanov oyundan sonra təşkil olunmuş mətbuat konfransıda yaşanmış olaya aydınlıq gətirib.