Avroliqanın l təsnifat mərhələsində Moldovanın “Triaspol” klubu ilə “İnter” arasında keçiriləcək oyunun yerli televiziya kanalları vasitəsilə canlı yayımlanmayacağı barədə məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, “İnter” klubu oyunun yayımına nail olmağa çaılşsa da bir nəticə əldə edə bilməyib.
Lakin azarkeşlər sözügedən oyuna “İnter” klubunun rəsmi saytına daxil olaraq canlı yayımla baxa bilərlər.
Xatırladaq ki, qarşılaşma iyulun 3-də, saat 22:00-da başlanacaq.