“Yuventus”un və İtaliya millisinin sabiq çalışdırıcısı Covanni Trapattoni Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gecə keçiriləcək “Yuventus” – “Bavariya” matçı öncəsi fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli baş məşqçi italyanların hər zaman almanlardan üstün olduğunu deyib.
“Pley-off mərhələsində güclü rəqiblərlə qarşılaşmaq qaçılmazdır. Bizi iki möhtəşəm tarixə sahib olan komandanın qarşılaşması gözləyir. Tarix göstərir ki, italyanlar, demək olar, həmişə almanları məğlub ediblər. Əgər bu, zərbələrin sayının əsas götürüldüyü boks görüşü olsaydı, “Bavariya” xal hesabına qalib gələrdi. Amma qolların sayının əsas olduğu futbolda italyanlar həmişə almanları udublar”, – deyə Trapattoni bildirib.
