Transferi baş tutmayan futbolçu geri qayıdır
14.01.2025 , 16:00

“Leyptsiq”in yeni transferi baş tutmayıb.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi üçün Almaniyaya yollanan “Milan”ın futbolçusu Noa Okafor tibbi müayinədən keçə bilməyib.
Bu barədə Fabrizio Romano məlumat yayıb.
Bundan sonra klub 24 yaşlı isveçrəli futbolçunun keçidini ləğv edib.
Okafor Almaniyanı tərk edərək tezliklə İtaliyaya qayıdacaq.
Cari mövsüm “Milan”ın heyətində 16 matçda meydana çıxan cinah yarımmüdafiəçisi 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
