Türkiyə
Super Liqasında mübarizə aparan “Beşiktaş” klubunun transfer etdiyi Ryan Babel
müqaviləni imzaladıqdan sonra rəhbərliyə çox xoşbəxt olduğunu bildirib.
Korner.az-ın
məlumatına görə, 30 yaşlı holland futbolçu transferdən sonra ilk açıqlamalarını
edib: “Mən “Beşiktaş”a çempionluq üçün gəlirəm. Sizlərə çox təşəkkür edirəm. “Beşiktaş”ın
çempion olması üçün əlimdən gələni edəcəyəm”.
Qeyd
edək ki, holland futbolçu “Beşiktaş”ın Antalyada keçiriləcək təlim-məşq
toplanışında iştirak edəcək.