“Transfer pəncərəsi”nin müddəti uzadıldı
02.09.2021 , 16:54

Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün transfer pəncərəsi dönəminin vaxtı artırılıb.
Korner.az xəbər verir ki, klublar oyunçuların transferini və qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, oktyabrın 10-dək həyata keçirə bilərlər. Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Futzalda transfer pəncərəsi dövrü iyulun 5-də açılıb.
