Transfer olunduğu kluba yollanan futbolçu itkin düşüb
22.01.2019 , 14:02

Fransanın “Nant” klubundan “Kardiff”ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərində radardan itib.
İngiltərə Premyer Liqası təmsilçisinə klub tarixinin rekord məbləği 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi.
Ancaq saat 20:00-da “PA 46 Malibu” markalı şəxsi təyyarə ilə əlaqə kəsilib. Axtarış xilasetmə işlərinə 2 helikopter və gəmi cəlb olunub. Lakin hələlik heç bir nəticə əldə olunmayıb.
