Transfer dönəminin vaxtı uzadıldı
11.09.2023 , 16:31

Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda “Yay transfer pəncərəsi”nin vaxtı uzadılıb.
Korner.az xəbər verir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 19-na qədər deyil, ayın 30-u saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Yüksək Liqanın startı sentyabrın 26-na, Birinci Liqanın başlama tarixi isə oktyabrın 1-ə nəzərdə tutulub.
