Madridin "Real" klubu uzun müddətdir ki, heyətinə qatmaq stədiyi Qaret Beyli transfer edib.
Korner.az-ın məlumatına görə, "Marca" bu barədə xəbər yayıb. Futbolçu ilə bütün məsələlərdə yola gələn Madrid klubu indi yalnız "Tottenhem"in qərarını gözləyir. Çünki London klubunun rəhbərliyi uelsli futbolçunu buraxmaq niyyətində deyil.
Beylin Madriddə ilinə 7 milyon avro qazanacağı və 11 nömrəli formanı geyinəcəyi xəbərdə qeyd edilib.
