"Real"ın (Madrid) ulduz futbolçusu Kriştiano Ronaldo "Mançester Siti"dən fantastik təklif alıb. Korner.az-ın məlumatına görə, sözügedən xəbəri "AS" qazeti yayıb. Xəbərdə bildirilir ki, Madriddə xoşbəxt olmadığını bildirən Ronaldonun bu açıqlamasının ardından "şəhərlilər" "kral" klubuna 200 milyon avroluq təkliflə müraciət edib. Lakin qarşı tərəfin portuqaliyalı ulduzu satmayacağı bildirilir.
Qeyd edək ki, “Mançester Siti”nin sahibi şeyx Mansur ötən mövsüm Ronaldo üçün “Real”a 180 milyon avro təklif etmişdi.
