“Traktor”un yeni baş məşqçisi açıqlandı
17.02.2026 , 22:30
Təbriz təmsilçisi “Traktor” baş məşqçi postunda dəyişiklik edib.
Korner.az xəbər verir ki, Direktorlar Şurasının qərarı ilə komandaya Mohammad Rabiei rəhbərlik edəcək.
Klubun rəsmi açıqlamasına görə, mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
O, bu vəzifədə Draqan Skoçiçi əvəzləyib.