Bu gün futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbol azarkeşlərinin yaxından izlədiyi Təbrizin “Traktorsazi” klubu səfərdə “Rah Ahan”ın qonağı olub.
Oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. “Traktorsazi”nin qollarını Dəqiqi (43) və Əhmədzadə (45) vurub. Meydan sahiblərinin 88-ci dəqiqədə vurduğu yeganə qolun müəllifi isə Şiri olub.
Bu qələbədən sonra Təbriz klubu turnir cədvəlinin ikinci pilləsinə qalxıb. 25 xallı “Traktorsazi”ni lider “Fulad”dan (Xuzistan) 3 xal ayırır.