“Traktor”dan yeni mövsümdə ilk qələbə
03.12.2020 , 11:11

İran çempionatında 4-cü turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə “Mes Rafsancan”la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, “Traktor”un yeni mövsümdəki ilk qələbəsidir.
Qeyd edək ki, 4 turdan sonra 5 xalı olan “Traktor” 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
