“Traktor”dan qələbə
14.02.2020 , 20:28

İran çempionatında 20-ci tura start verilib.
Korner.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” doğma meydanda “Saypa” ilə qarşılaşıb. Oyun Təbriz klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Traktor” hazırda 37 xalla 2-ci pillədə qərarlaşıb.
