“Traktor”dan heç-heçə
07.12.2020 , 21:03

İran çempionatında V turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” evdə “Foolad”la qarşılaşıb. Təbriz klubu bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.
Qeyd edək ki, “Traktor” hazırda 6 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
