İran çempionatında 26-cı turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu tur evdə "Saba Qom"u qəbul edəcək.
"Traktor Sazi" çempionluq iddiasını davam etdirmək üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalıdır. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
"Traktor Sazi" 25 turdan sonra 41 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider "İstiqlal"dan (Kuzestan) 5 xal geri qalır.
