İran çempionatında 24-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu bu tur səfərdə “Saypa”nın qonağı olub.
Matçın taleyini bir qol həll edib. Görüşün 19-cu dəqiqəsində hesabı açan “Traktor Sazi” üstünlüyünü sonadək qoruyub – 1:0.
Bu qələbədən sonra xalını 38-ə çatdıran “Traktor Sazi” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
