İran kubokunda yarımfinal oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, “Traktor Sazi” finala gedən yolda “İstiqlal” (Tehran) klubu ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. Rəqibinə 1:2 hesabı ilə uduzan “Traktor Sazi” kubokda mübarizəni dayandırıb.
“Traktor Sazi” – “İstiqlal” – 1:2
Qollar: Şahbazzadə, 29 (0:1), Moreyra, 50 (1:1), Şahbazzadə, 52 (1:2)