Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, qərarlaşdığı qrupda lider olan Cənubi Azərbaycanın “Traktor Sazi” klubu evdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”ı qəbul edib.
Qrup birinciliyini təmin etdiyindən təbrizlilər üçün bu matç formal xarakter daşıyıb. 3 qolun vurulduğu oyunda “Traktor Sazi” uduzan tərəf olub – 1:2.
Qeyd edək ki, “Traktor Sazi” 12 xalla turnir cədvəlinin 1-ci pillədə başa vurub.
3 may
Asiya Çempionlar Liqası, qrup mərhələsində 6-cı tur
18:30. “Traktor Sazi” – “Əl Hilal” – 1:2
Qollar: Ailton, 72 // Salem Al-Davsati, 16, Aloys Nong, 48,
