İran çempionatında 26-cı turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin “Traktor Sazi” klubu bu tur doğma meydanda “Saipa”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Lider “Naft Tahran” səfərdə “Zob Ahan”a 3:5 hesabı ilə uduzub.
Bu nəticələrdən sonra”Traktor Sazi” turnir cədvəlində birinci pilləyə yüksəlib. Hazırda 50 xalı olan Təbriz klubu ən yaxın izləyicisi “Naft Tahran”ı iki xal qabaqlayır.
